Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar Gəncədə tədbir keçirilib
5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar təhsildə və idmanda qazandıqları uğurlara görə, dövlət tərəfindən fəxri adlara laiq görülmüş bir qrup məşqçi-müəllimlə görüş keçirilib. 
Görüşdə Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev və ATİAHİ Gəncə şəhər komitəsinin sədri Bayram Hacıyev çıxış edərək məşqçi-müəllimləri əldə etdikləri nailiyyətlərə görə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Bildirilib ki, Azərbaycanda ildən-ilə idman inkişaf edir və ölkəmiz dünyada idman ölkəsi kimi tanınır. Qeyd olunub ki, Azərbaycanda beynəlxalq idman yarışlarına yüksək peşəkarlıqla ev sahibliyi edir və bunun üçün ölkəmizdə infrastruktur mövcuddur. 
Tədbirdə həmçinin kollektiv müqavilənin şərtlərinə əməl olunmasının vəziyyəti müzakirə olunub, sənədləşmə işinin təşkilində olan mövcud nöqsanlar iştirakçıların diqqətinə çatdırılıb.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo