Gəncədə aztəminatlı ailələrə bayram sovqatları çatdırılıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsinin 4 mart 2022-ci il tarixli qərarı ilə Novruz bayramı münasibətilə Respublikanın 76 rayonunda yaşayan 4065 aztəminatlı ailəyə ərzaq sovqatı göndərilib.

Bu məqsədlə martın 18-də Gəncə şəhər İcra Hakimiyyətinin və ATİAHİ Gəncə şəhər komitəsinin əməkdaşları tərəfindən 100 ədəd ərzaq dolu bağlamalar Gəncə şəhərində yaşayan şəhid ailələrinə, müharibə iştirakçılarına və aztəminatlı ailələrə çatdırılıb. Həmin ailələr göstərilən maddi-mənəvi dəstəyə görə, AHİK rəhbərliyinə minnətdarlıq ediblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo