Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsində Gəncə şəhər 4 №-li tam orta məktəbin X sinif şagirdi Türkan Tağıyeva və şəhər 8 №-li tam orta məktəbin IX sinif şagirdi Arzu Kərimova qaliblər sırasında olublar.
Bu münasibətlə onlar ATİAHİ Gəncə şəhər komitəsi tərəfindən 200 manat pulla mükafatlandırılıblar.
Görüşdə hər iki şagird təbrik olunub, onlara gələcək fəaliyyətlərində və təhsil sahəsində uğurlar arzulanıb.