Gəncədə Oxu Günü ilə bağlı silsilə tədbirlər keçirilib
Aprelin 23-də Gəncə Şəhər İcra Hakimiyyəti və "İnnovativ Müəllimlər Birliyi"nin dəstəyi, Gəncə Şəhər Təhsil İdarəsinin təşkilatçılığı ilə Xan bağında "Oxu Günü" ilə bağlı tədbir keçirilib.
Tədbirdə Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən rəqs nümunəsi göstərilib, ümumi təhsil müəssisələri və məktəbəqədər müəssisələr tərəfindən müxtəlif nağıl qəhrəmanları, şair və yazarlar haqqında təqdimatlar nümayiş etdirilib. Tədbirin keçirilməsində məqsəd uşaqlarda mütaliəyə və kitablara marağın artırılması olub.
Həmin gün həmçinin Gəncə Şəhər Təhsil İdarəsi tərəfindən 23 Aprel - Oxu Günü ilə bağlı silsilə tədbirlər həyata keçirilib. Belə ki, IX-XI sinif şagirdlərinin iştirakı ilə "Nə? Harada? Nə zaman?" intellektual yarışı, V-VIII sinif şagirdlərinin iştirakı ilə "Gəlin birgə oxuyaq" müsabiqəsi təşkil edilib. Tədbirin sonunda Oxu Günü ilə bağlı keçirilən müsabiqələrdə yer qazanmış, həmçinin "Düşünən oxucu" müsabiqəsinin şəhər mərhələsində fərqlənən şagirdlər Gəncə Şəhər Təhsil İdarəsi və ATİAHİ Gəncə şəhər komitəsi tərəfindən Fəxri fərmanla təltif edilərək mükafatlandırılıblar.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo