Gəncədə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə idman yarışları təşkil edilib

ATİAHİ Gəncə şəhər komitəsinin təşəbbüsü və dəstəyi ilə Gəncə şəhər 1 və 2 №-li Uşaq Gənclər İdman Şahmat məktəblərinin (UGİŞM) şagird-idmançıları arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş idman yarışları keçirilib.

Məktəbli uşaqlar arasında idmanın kütləviliyinə nail olmaq məqsədi ilə Gəncə şəhər 1 №-li UGİŞM-in məktəbli-idmançıları arasında futbol, voleybol, basketbol, həndbol idman növləri üzrə, Gəncə şəhər 2 №-li UGİŞM-in A və B qrupuna daxil olan məktəbli-şahmatçıları arasında isə şahmat yarışları keçirilib.

İdman yarışlarının sonunda I, II və III yeri qazanan komandalara Fəxri fərman, medal və kuboklar təntənəli şəkildə təqdim olunub. Keçirilən bütün idman növləri üzrə yarışların hakimləri də ATİAHİ Gəncə şəhər komitəsi tərəfindən mükafatlandırılıb.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo